Əli ibn Əbu Talib
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Bu məqalə İmam Əli məqaləsinə çox yaxındır və hər ikisinin tək başlıq altında birləşdirilməsi mümkündür.
Bu məqalə İmam Əli(ə) məqaləsinə çox yaxındır və hər ikisinin tək başlıq altında birləşdirilməsi mümkündür.
Əli İbn Əbu Talib
Peyğəmbərin əmisi oğlu və kürəkəni, əhli sünnəyə görə IV xəlifə. Anasının adı Fatimə bint Əsəd ibn Haşimidir. Əliyə, qızı Fatiməni ona verən peyğəmbər tərəfindən Əbu-Turab ləqəbi verilmişdir. Neçə yaşında müsəlman olduğunu sübut etmək imkansızdır. Lakin Xədicə ilə eyni vaxtda ilk və ya ikinci müsəlman olan şəxsdir. Əli, özlərinə qəti olaraq cənnət vəd edilən on adamdan biridir. Peyğəmbərin ölümündən sonra onun arzusu ilə təşkil olunan 6 adamlıq məclisin üzvlərindən biri.
Peyğəmbər Mədinəyə hicrət etmək qərarın gəlib Məkkəni tərk etdiyi zaman Əli onun evində qaldı və onun yox olmasını gizlətməyə müvəffəq oldu. Peyğəmbərə verilmiş əmanətləri sahiblərinə qaytarmaq üçün Əlinin bir neçə gün Məkkədə qalması vacib idi. Əli Bədr, Ühüd, Xəndək və ümumiyyətlə bütün müharibələrdə Peyğəmbərin yanında olmuşdur, yalnız Təbuk döyüşü zamanı Peyğəmbərin vəkilliyi ilə Mədinədə qalmışdı. Fələkdə, Yəhudi-Səd qəbiləsinə qarşı döyüşü özü idarə etdi (hicri 6-miladi 628), Ühudda 6 yerdən yaralandı, Heybərə hücum edilən gün sancağı daşıyan Əli idi. Hicri 10-cu ildə (miladi 631-632) Yəmənə edilən səfəri Əli idarə etdi və Həmdanilər İslam dinini qəbul etdilər.
Ömərə, Peyğəmbərin Məkkədən Mədinəyə köç etdiyi günün (hicrət) tarix üçün başlanğıc olaraq qəbul edilməsini, Əli tövsiyə etmişdir. Vilayətlərdən gələn şikayətləri Osmana xəbər vermək işini Əli öz öhdəsinə götürdü. Xəlifənin evinin mühasirəsi (yaum əd-dar) vaxtında belə Osmanla xeyirxah davranaraq köməyini əsirgəməmişdir. Osmanın şəhadətindən sonra Xilafətə keçməyini təvaz ilə rədd etsədə 5 günlük tərəddüddən sonra qəbul etdi. Hicri 35-ci ilin Zul-hiccə ayının 25-də (24 iyun 656) Mədinədə Peyğəmbərin məscidində ona beyət edildi. Bu mərasim üçün minbərə ilk çıxan Əli olmuşdur.
36-cı (656) ildə o, Mədinədən ayrıldı və bir daha dala qayıtmadı. Bəsrəyə hücum etdi. Bu şəhərdə qapanmış Aişə, Təhla və Zübeyr onu xəlifə kimi tanımaq istəmədilər. "Dəvə vaqiyəsi" bu şəhərin önündə 659-cu il dekabrın 4-də Hüseybədə baş verdi və Əli qalib gəldi. Aişəni 40 seçkin qadınla Mədinəyə göndərdi.
Bir aydan sonra Kufəyə gəldi oradan da Mədainə getdi. Raqqada Fərat çayını keçdi və Müaviyyə ilə Siffiyində bütünlüklə 110 gün davam edən (iyun-avqust 657) bir neçə döyüşlərdə tutuşdu. Sərkərdəsi Əştərin qəhrəmanlığı sayəsində zəfər qazanmaq üzrə idi ki, vəzir Əmr ibn əl-Asi, Müaviyyəyə bir hiylə işlətməsini tövsiyə etdi və bu hiylə müsbət nəticə verdi. Beləki Şam əsgərləri bu ixtilafın həlli üçün allahın kitabına müraciət etdiklərinə işarə mənasında mizrabların uclarına 500 Quran nüxsəsi bağlayaraq: "Aramızdakı ixtilafın həlli üçün hakim budur" deyə bağırmağa başlamışlar. Bu hiylə İraq əsgərlərinə təsir etdi. Silahdaşlarının təsiri ilə Əli, Müaviyyə tərəfindən təklif olunan hakim üsulunu qəbul etməyə məcbur oldu. Müaviyyə hakimliyə Əmr ibn Asini təklif etdi. Əli istəmədiyi halada, Əbu Musa əl-Əşşərini hakim kimi göndərməyə məcbur oldu. Əllərində təhkimnamələr (səhifələr) olan iki hakim 658-ci ilin fevralında qarşılaşdılar. Kürəkəni Abdulla ibn Ömərin xəlifə olmasını istəyən Əbu-Musa əmrin sözlərinə uyaraq Osmanın haqsız yerə qətlində Əlinin iştirakı olduğuna görə ondan intiqam almaq üçün Müaviyyənin səlahiyyətli olduğunu qəbul edib Əlini xəlifəlikdən devirdi. Əmirdə ona tərəf keçib sonradan Müaviyyəni xəlifə elan etdi. Beləliklə Peyğəmbərin keçmiş yoldaşını onun açıqürəkli olmasından istifadə edərək aldatmış oldu. Əbu Musanın etirazları fayda vermədi.
Xaricilər yəni asilər (şamlılar) ilə müzakirəni qəbul etməyən müsəlmanlar Əlinin təhkimkey edilənə qədər ondan ayrıldılar və 4000 bir bölük halında Abdullah ibn Vəhb ər-Rəsibinin rəhbərliyi altında, Lə hükmə illa lillah (Höküm yalnız Allahındır) deyə bağıra-bağıra Əlinin əleyhinə üsyan edərək Mədaini zəbt etdilər və orada o qədər zülm etdilər ki, Əlini onlara qarşı çıxmağa məcbur etdilər. O, Nəhrəvana gəlib xariciləri məğlub və məhv etdi. Onlardan yalnız 10 nəfəri canlarını xilas edə bildilər (17 iyul 658). Bu döyüş tarixdə Vəqət ən-Nəhr kimi məşhurdur.
Müaviyyə ona qarşı yeni qüvvələr göndərdi. Əli isə əsgərlərinin böyük hissəsinin onu tərk etdiyinə görə Küfəyə çəkildi və orada xaricilərdən Əbdürrəhman ibn əl-Mülcam əl-Muradi əs-Sarimi tərəfindən qətilə yetirildi. Əbdürrəhman digər iki xarici ilə, Nəhrəvanda öldürülən yaxınlarının intiqamını almaq məqsədi ilə, Əlinin qətli üçün eyni gündə Müaviyə və Əmr ibn əl-Asi ilə sazişə gəlmişdilər. İbn Mülcam xəlifəni dar bir keçiddə gözlədi və zəhərli qılıncla alnından vurdu. Qılınc Əlinin beyninə qədər işlədi. Hadisənin tarixi hicri 40-cı il Ramazan ayının 17-si olaraq göstərilir (24 yanvar 661-ci il). Bəzən tarixçilərə görə Ramazanın 22-sidir.
Əli üç gündən sonra vəfat etdi və Kufədə (Başqa yerləridə rəvayət edirlər.) Fəratın daşmasından qoruyan su bəndinin yanında dəfn edildi- Sonralar burada Nəcəf şəhəri (Məşhədi Əli) bina edilmişdir. Əli öldüyü zaman oğlu Həsənə görə 58, digər oğlu Məhəmməd ibn əl-Hənəfiyyəyə görə 63 yaşında idi.
[redaktə / تحریر] Şiələrə görə Əli
Əli hər şeydən əvvəl "Allahın sevimlisi, dostu (vəli Allah)" ülviyyətə vilayətə (vilaya), yaxın ostluq bağları ilə bağlanmış insandır. Bu vilayət sözünə çox keçmədən "övliyalıq mənası verildi" mənası verildi. Əli müsəlmanlar görə tam mənası ilə bir vəlidir və bu vəsf onu sadəcə Allahın Peyğəmbəri (nəbi) olan Məhəmməddən dərin bir sürətdə ayırır. Saysız qolları ilə bütün şiəlik bu təsəvürdən tərbiyə alır. Buna görədə şiələr Əliyə imamlıq, mücahidlik, vəlilik vəsflərinin üçünüdə birdən verirlər.
Şiələrə görə Əliyə imamlığın verilməsi Peyğəmbərin vida həccindən qayıtmasında, Humm gölü sahilində bəzi vaxtında xalqa bu sözləri dediyi vaxt başlayır: "Mən axirətə rihlət edəcəyəm, Sizin aranızda bir-birindən daha mühüm iki şey qoyub gedirəm. Bunlar Quran və mənim əhl-i beytimdir"
Peyğəmbər hələ Hüdeybiyə döyüşündən qayıdanda (29 aprel 628-ci il): "Mən kimin ağasıyamsa, Əlidə onun ağasıdır" demişdir.
Şiələr tərəfindən Əlinin ləqəbi, sifəti və ya ünvanı kimi işlənən sözlər bunlardır: mürtəza ("Allahın rizasına nail"), Əsəd Allah əl-qalib ("Allahın yenilməz şiri"), Şiri-yazdan ("Allahın şiri"), şahi-vilaət, şahi övliya, şahi mərdan ("insanların şahı, sultanı"). Bundan başqa daha bir çox ləqəbləri var.
[redaktə / تحریر] Sünnilərə görə Əli
Əli 586 hədis demişdir. Bu Hədisləri Əlidən oğulları Həsən, Hüseyn və Məhəmməd ibn əl-Hənəfiyyədən başqa İbn-Məsud, İbn Ömər, İbn Abbas, Əbu-Musa əl-Əşəri, Abdullah ibn Cəfər, Abdullah ibn əz-Zübeyr və başqaları rəvayət edirlər.
Mədinədə Əlinin hökmləri mübahisəsiz qəbul olunurdu, Müşkül hallarda ona müraciət edilirdi.
Əli çox mömin bir adam idi. Aclığa qalib gəlmək üçün qarnının üstünə ağır daş bağlayaraq bədəninə əziyyət verməkdən çəkinməz, bütün var yoxunu sədəqə olaraq kasıblara paylayırdı. Dünyaya nifrət edib dəfələrlə deyirdi :"Dünya bir leşdir, ondan bir parça arzu edən, itlərə yoldaş olsun", "Bu dünyadan vaz keçənlər və yalnız axirətin fikrini çəkənlər nə xoşbəxt adamlardır!"
[redaktə / تحریر] Əli məziyyətləri
Əlinin eyni zamanda müharib, şücaətli və vəli xüsusiyyətlərinə sahib olması xüsusən şiələr arasında onun adı ətrafında məziyyətlərin təşəküllünə səbəb olmuşdur. Məs, Siffin döyüşündən bəhs edən Məsudi (Muruc IV, səh 376) bizə Əlinin bir gündə öz əli ilə 523 adam öldürdüyünü xəbər verir. Daha sonra onun haqqında fövqəltəbii bir çox şeylər deyilmişdir. Məs, onun necə Zülfəqqar (Xalq dilində Zülfiqar) adlı qılıncı ilə atlıları yahərlərində düşürmədən başlarının bədəndən ayırdığını ya da bədənlərinin ikiyə böldüyü hekayət edilir. O, qorxmadan, dimdik düşmənini gözləyən, sadəcə qolunun bir uzadılmasında 33 düşməni yerə sərən bir qəhrəman kimi təsvir edilir.
Lakin müharib olaraq nəqədər böyük olursa-olsun o, vəli rolunda qiyası qəbul olunmayacaq qədər böyük görünməkdədir. Tərəfdarlarının, peyğəmbərin möcüzələri ilə müqayisə etməkdən çəkinmədikləri kəramətlər göstərir.
Yaqubidə, Əli hicrət gecəsi Peyğəmbərin yerini tutduğu vaxt, Allahın onu qorumaları üçün Mikayıl və Cəbrayılı göndərdiyi qeyd edilir. Bu iki mələyin biri Əlinin başı üstündə digəri də ayaq başında durmuş və onu düşmənlərdən mühafiz etmiş, ona atılan daşları əlləri ilə kənarlaşdırırdılar. Başqa əsərlərdə Əlinin bir çox başqa kəramətləri zikr edilir: Sahbada (Xeybərin yaxınlığında) günəş batandan sonra Allah, Əli namazını qılsın deyə, günəşi geri göndərir: Kufə məscidində oğurluğun cəzası olaraq əli kəsilən zancinin əlini Əli yenə əvvəlki vəziyyətə salır: Bir qadınla Əlinin yanında dava edən xaricinin başını it başına çevirir: Duası ilə, Peyğəmbər tərfindən bir bədəvi ərəbə vəd edilən 80 dəvəni torpağın altından çıxarır: Babil ətrafında, onları dəhşətə salan aslana, onun üzüyünü göstərməsini birinə həvalə edir. Əlinin üzüyünü görən Aslan yox olur: Bir ölünü dirildir.
Şiələrə görə Əlinin kəraməti mindən çoxdur. Lakin kitablarda bunların 60-ı təsbit edilmişdir ki, bunlardan sayılanlardan başqa bir daşqın vaxtı Fərat çayına suların çəkilməsini əmr etmişdir. Əllərinin içində dəmiri xəmir kimi yumuşaltması: Dəmirdən dayirman daşı milini Xalib ibn-Validin boynuna asması və buna halqa şəklini verməsi: Peyğəmbərin cəsədinin torpaqdan çıxararaq Əbu-Bəkrə göstərməsi və s. kimilərdə var.
Əlinin ədaləti haqqında kı, məziyyətlər Davudun və Süleymanın möcüzələri ilə bərabər edilməyə layiqdir. Hikmətlərdən və kəlamlarına gəldik də isə bunlar bütün müsəlman və Şərq məmləkətlərində məşhurdur. İran şair Rəşiddətdin Vatvat bunlardan 100-nü toplamışdır. Anadolu Səlcuq sultanı Qiyasəddin III Keyxosrovun vəziri Fəxrədövlə Əli ibn Hüsyen 670-ci ildə (1272) Sivasda olan göy mədrəsəsinin divarlarında bunlardan bir neçəsini hək etdirmişdir.
Məqalə görkəmli Azərbaycan Şərqşunası, mərhum Akademik Ziya Bünyadovun "Təriqətlər Dinlər Məzhəblər" kitabındakı eyni-adlı məqalə əsasında yazılıb.