Mixail Serqeyeviç Qorbaçov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Mixail Serqeyeviç Qorboçov (1931-ci il 2 Martda anadan olmuşdur)- Sov.İKP MK-nin sonuncu baş katibi, SSRİ-nin ilk və son prezidenti, Nobel mükafatı laureatı, Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun prezidenti.
Mündəricat |
[redaktə / تحریر] Həyatı
[redaktə / تحریر] Uşaqlığı və gəncliyi
1931-ci il martın 2-də Stavropol vilayətində kəndli ailəsində anadan olmuşdur. Atası-Serqey Andreyeviç Qorbaçov (1909-1976) Anası- Mariya Pantaleyevna Qorboçova (1911-1993). Yoldaşı- Raisa Maksimovna Qorbaçova.
M.V.Lomonosov adına MDU-nin hüquq fakultəsini (1955) və Stavropol Kənd-təssərüffatı İnstitutunu aqronom-iqtisadçı kimi qurtarmışdır.(1967)
13-yaşından məktəbə oxuyaraq periodik olaraq MTS və kolxozda fəaliyyət göstərmişdir. 15-yaşından traktor kombaynerinin köməkçisi kimi işləmişdir. 1952-ci ildə Sov.İKP-ya qəbul olunmuşdur. 1955-1991-ci ildən Komsomol və partiya vəzifələrində fəaliyyət göstərmişdir.
1955-1962-ci illərdə Stavropol vilayətinin ÜLKGİ-sında propaqanda və təşviqat idarəsində müavin, Stavropol şəhər Komsomol idarəsinin birinci katibi, daha sonra Stavropol vilayəti ÜLKGİ-nin birinci katibi kimi işləmişdir.
[redaktə / تحریر] Partiya vəzifələrində
1962-ci ilin martından Stavropol vilayətində Sov.İKP-nın partiya təşkilatçısı kimi fəaliyyət göstərmişdir. 1966-cı ildə Stavropol şəhər partiyasında birinci katib kimi fəaliyyət göstərmişdir. 1970-ci ilin Stavropol vilayəti Sov.İKP-nin birinci katibi olmuşdur.
1971-1991-ci illərdə Sov.İKP MK-nın üzvü olmuşdur. 1978-ci ilin noyabrında Sov.İKP MK-nın Sov.İKP MK-nın katibi seçilmişdir. 1979-1980 cı illərdə Sov.İKP MK Politbüronun üzvlüyünə namizəd, 1980-1991-ci illərdə Sov.İKP MK Politbüronun üzvü.
1989-cu ilin dekabrından 1990-cı ilin iyununadək Sov.İKP MK Rusiya bürosunun sədri.
1985-ci ilin mart ayından 1991-ci ilin avqustunadək Sov.İKP MK-nın birinci katibi. Dövlət çevrilişinə cəhd zamanı vitse-prezident Qenadiy Yanayev tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış və Forsda izolyasiya edilmişdir.Qanunu hakimiyyətin bərpasından sonra öz vəzifəsinə qayıtmışdır. O, bu vəzifədə SSRİ dağılanadək fəaliyyət göstərmişdir. 1991-ci ildə dekabrın 25-də artıq "mövcud olmayan Sovet rəhbərliyin"dən istefa verməklə SSRİ-nin ləğvini rəsmi olaraq təsdiqlədi.
Sov.İKP-nın XXII (1961), XXIV(1971) və bütün sonrakı (1976,1981,1986,1990) qurultaylarında nümayəndə olaraq seçilmişdir. 1970-1989-cu illərdə SSRİ Ali Sovetinin deputatı. 1985-1988-ci illərdə SSRİ Ali Sovetinin prezidiumunun üzvü. 1988-ci ilin oktyabrından 1989-cu ilin may ayınadək SSRİ Ali Soveti Prezediumunun sədri. 1974-1979 cu illərdə SSRİ Ali Soveti Sovet İttifaqı gənclərinin işi üzrə komissiyanın sədri. 1979-1984-cü illərdə SSRİ Ali Soveti Sovet İttifaqı qanuni təsəvürlər komisiyasının sədri. 1984-1985-ci illərdə SSRİ Ali Soveti Sovet İttifaqı xarici işlər komisiyasının sədri. 1989-cu ilin martından 1990-cı ilin martındək Sov.İKP dən SSRİ xalq deputatı. 1989-1990-cı illərdə SSRİ Ali Sovetinin sədri. RSFSR-in Ali Sovetinin deputatı.
1990-cı il martın 15-də M.Qorbaçov SSRİ-nin prezidenti seçilmişdi. Eyni zamanda 1991-ci ilin dekabrından SSRİ Müdafiə Şurasının sədri, SSRİ Hərbi Qüvvələrinin Ali-baş komandanı.
[redaktə / تحریر] Qorbaçovun Sov.İKP MK-nın birinci katibi və SSRİ-nin prezidenti kimi fəaliyyəti
Hakimiyyətin kuliminasiyasında olaraq, Qorbaçov kütləvi reformlar və kompaniyalar keçirirdi. Sonralar bu dəyişikliklər ölkəyə bazar iqtisadiyyatının tətbiq olunmasına, Qorbaçovun hakimyiyyətdən uzaqlaşdırılmasına və SSRİ-nin süqutuna gətirib çıxartdı. Qorbaçovun f\aliyyətinin qiymətləndirilməsi ziddiyyətlidir. Konservativ siyasətçilər onu iqtisadi dağılmadda, SSRİ-nin parçalanmasında və "perestroyka"nın sonrakı nəticələrində günahlandırırlar. Radikal siyasətçilər isə onu qeyri-ardıcıl reform aparmaqda və hər nə cür olursa ölkədə sosializm və inzibati-amirlik sisteminin qoruyub saxlamaq istəyində günahlandırırlar. Çoxlu sayda qərb siyasətçiləri və jurnalistləri Qorbaçov reformalarını, ölkəyə demokratiya və aşkarlığın gətirilməsini, soyuq muharibənin qurtarmasını, sosialist düşərgənin dağılmasını və yenilənməsini, Almaniyanın birləşməsini ürəkdən alqışlayırdılar.
Aşağıda onun etmək istədiyi işlər və hadisələr və həmin hadisələrin özü tərəfindən kökündən əlaqələndirilməsi verilmişdir:
- 15 may 1986-cı ildə qeyri-əmək yolları ilə qazanılan əməyin, hansı ki, yerlərdə bu repetitorlara, gül satıcılarına, sərnişin daşıyan sürücülərə və orta Asiyaya ev çörəyi satıcılarına qarşı kimi başa düşülürdü. Kompaniya sonra baş verəcək hadisələr ücbatından tezliklə unuduldu.
- Antialkaqol kompaniyası, 1985-ci il 7 mayında başlandı, qısa zamanda alkaqollu içkilərin qiymətinin qalxmasına səbəb oldu, alkaqol istehsalı azaldıldı, üzüm sahələri qırıldı, mağazalardan şəkərin yox olması və şəkərə kartoçkanın tətbiq edilməsi, gənclər arasında narkotikin kütləvi sürətdə artması,
- Sürətlənmə- bu lozunq qısa zaman müddətində xalqın rifahının yaxşılaşdırılması ilə əlaqədar idi, kompaniya ölkənin iqtisadi gücünün sürətli azalması ilə nəticələndi, nəticədə perestroyka və kooperativ hərəkat üçün zəmin yarandı.
- Hakimiyyət reformları, Ali Sovetə və yerli sovetlərə alternativ əsasda seçkilərin tədbiq edilməsi.
- Aşkarlıq, faktiki olaraq bütün KİV-lərdən senzuranın götürülməsi.
- Lokal milli konfliktlərin yaranması, hansı ki, onlarda yerli hakimiyyətlər kobud qərarlar qəbul etmişlər, daha dəqiqi Alma-Ata-da gənclərin mitinqinin dağıdılması, Bakıya ordu hissələrinin yeridilməsi, Gürcüstandakı nümayişin minaçı belləri ilə dağıdılması, Dağlıq-Qarabağ ətrafında baş verən hadisələr, pribaltika ölkələrində azadlıq hərəkatının boğulması.
- Dükanlardan ərzaqların yox olması, gizli infilyasiya, 1989-cu ildə ərzaqların əksərinə kartoçkanın tətbiq edilməsi,
- Sov.İKP MK-nın reforması hansı ki, bir neçə platformanın yaranmasına gətirib çıxartdı, sonralar isə-birpartiyalı sistemin ləğvi və Sovet konstitutsiyasından Sov.İKP-nın "aparıcı və əsas güc" kimi statusunun ləğvi.
- Stalin represiyalarının qurbanlarının reabilitasiyası.
- Sosialist düşərgə üzərində nəzarətin zəifləməsi, hansı ki, bu əksər sosialist ölkələrində hakimiyyət dəyişiklikləri ilə nəticələndi, 1990-cı ildə Almaniya birləşdi.
- 1988-1989-cu ildə Afqanıstanda müharibənin dayandırılması və qoşunların çıxarılması.
[redaktə / تحریر] İstefa və ondan sonra
Belovej meşəsində bağlanmış sazişi, Qorbaçovu saymazlıq və ittifaq müqaviləsinin ləğvindən sonra 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov öz üzərindən ölkə rəhbəri səlahiyyətlərini götürdü. 1992-ci ilin yanvarından indiki zamandək Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun prezidentidir. Eyni zamanda 1993-cü ilin martından 1996-cı ilədək və daha sonralar Beynəlxalq Yaşıl Krestin idarə heyyətinin sədri.
1996-cı ildə Rusiya Federasiyasına keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüş və 1% səs toplamışdır.
Mixail Qorbaçov "Yenidənqurma"nın, sovet cəmiyyətinin reforması və Beynəlxalq vəziyyətin dəyişilməsinin əsasını qoymuşdur. 1990-ci ilin 15 oktyabrında "Bugünkü Beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən Sülh prosesindəki aparıcı roluna görə" o, Nobel Mükafatına layiq görülmüşdür.
[redaktə / تحریر] Aktyorluq fəaliyyəti
1993-cü ildə Mixail Qorbaçov öz-özünü Vima Vandersin "Belə uzaqdır, elə yaxındır!" filmində oynamışdır, həmçinin bir neçə sənədli filmlərdə iştirak etmişdir. 1997-ci ildə M.S.Qorbaçov "Pizza Hurt" pizza şirkətinin reklamında çəkilmişdir.
[redaktə / تحریر] Mükafat və titulları
M. Qorbaçov çoxlu sayda prestijli mükafat və premiya sahibidir
Aşağıdakı titulları var:
- Virciniya Universitetinin Hümanitar elmlər üzrə fəxri doktoru (ABŞ 1993)
- Copsonov Liderlik Məktəbinin liderlik üzrə fəxri doktoru (Riçmond, ABŞ 1993)
- Vestfal Universitetinin hüquq elmləri üzrə fəxri doktoru (Münster, Almaniya, 2005)