Spam
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Spam - kütləvi olaraq yayımlanan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır. İlk növbədə spam termini elektron məktublara şamil olunur.
Mündəricat |
[redaktə / تحریر] Yaranma tarixi
SPAM sözünün yaranma tarixi 1937-ci ilə təsadüf edir. SPAM - Hornel Foods şirkətinin məhsulu olan donuz konservlərinin adıdır. Kütləvi reklam kampaniyaları və məhsulun ucuzluğu onu qısa zamanda bütün Amerikada tükətilən məhsula çevirmişdir.
80-ci illərdə Usenet konfranslarında çoxlu sayda reklam məzmunlu elektron ismarıclar yayılmağa başladıqda, onları 40-cı illərin kütləvi konserv reklamları ilə müqayisə edirdilər. Beləliklə "spam" sözü yeni məna qazanmış oldu.
[redaktə / تحریر] Spamın növləri
[redaktə / تحریر] Elektron poçt
Spamın ən geniş yayılmış növü elektron məktublardır. Spamerlər xüsusi proqram robotlar vasitəsilə (və ya nadir hallarda əl ilə) elektron poçt ünvanlarını veb səhifələrdən, forumlardan, qonaq kitablarından, veb çatlardan və s. mənbələrdən toplayırlar. Bu tip robotlar bit saat ərzində minlərlə ünvan toplaya bilirlər. Ünvan toplamaq üçün istifadə edilən digər üsulda spam təsadüfi ünvana göndərilir və məktub server tərəfindən qəbul edildiyi halda o ünvan siyahıya əlavə edilir. Bəzi şirkətlər yalnız bu cür ünvanları toplayıb, ünvanlardan tərtib edilən bazanı digər spamerlərə satırlar.
Beləliklə, elektron ünvana gələn spamın səbəbi həmin ünvanın hər hansı bir üsul ilə spamerlə məlum olmasıdır. Bu üsullardan bəziləri aşağıda göstərilmişdir:
- Elektron ünvanının sahibi öz ünvanını inetnet səhifəsində - forumda və ya qonaq kitabında açıq şəkildə göstərmişdir. Robot bu ünvanı səhifədə taparaq spam bazasına əlavə etmişdir.
- Elektron ünvanı sadə sözdən ibarət oldugundan spamerlər lüğət vasitəsilə onu tərtib etmişlər. Məsələn: driver@boz.az ünvanının birinci hissəsi lüğətdə mövcud olan söz olduğundan.
- Ünvanın sahibi və ya yazışdığı adamın kompyuterində virus və ya troyan mövcud olduğuna görə. Bu halda virus/troyan həmin adamın bütün ünvan kitabçasını spamerin istifadəsi üçün göndərə bilər.
- Şirkətin işçilərinin ünvanları bir işçi tərəfindən spamerlərə satıldığından.
[redaktə / تحریر] Ani ismarıclar
ICQ, MSN və Yahoo Messenger! kimi ani ismarıc xidmətlərinin geniş istifadəsi ilə, spamerlər bu şəbəkələrdən də istifadə etməyə başıadılar. Spamerlər bu xidmətlərin istifadəçi axtarış sistemindən istifadə edərək onlara reklam xarakterli ismarıclar göndərir.
[redaktə / تحریر] Bloq və Vikilər
Son zamanlar internetdə məşhurlaşan Bloq və Vikilərin xüsusiyyəti onların səhifələrinin asanlıqla redaktə olunmasındadır. Spamerlər bundan istifadə edərək reklam məzmunlu yazıları bu səhifələrə əlavə edirlər.
[redaktə / تحریر] SMS ismarıcları
Spam yalnız internet vasitəsilə deyil, həmçinin mobil telefonlara qısa mesaj (SMS) vasitəsilə göndərilə bilər.
[redaktə / تحریر] Statistik məlumatlar
Bəzi dəyərləndirmələrə görə son zamanlarda spam və virus məzmunlu elektron məktubların sayı bütün göndərilən məktubların 85%-95%-ni təşkil etməkdədir. Digər spam növlərində bu rəqəm nisbətən azdır.
- 1978 - spam 600 ünvana göndərilmişdir [1]
- 1994 - ilk geniş miqyaslı spam 6000 xəbər qrupuna göndərilərə, milyonlarla insanlara çatmışdır [2]
- 2005 - (İyun) gündə 30 milyard
- 2006 - (İyun) gündə 55 milyard [3]
- 2006 - (Dekabr) gündə 85 milyard
Spam məktublarında ən çox reklam ediləm məhsul və xidmərlər: pornoqrafik saytlar, müxtəlif dərmanlar, printer kartricləri, proqram təminatları və mövcud olmayan universitetlərin saxta diplomları, mərkəzi afrikada (əsasən Nigeriya) vəsiyyət edilmiş milyardlarla dollar.