Linus Torvalds
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Linus Benedikt Torvalds (28 Dekabr 1969 - ) - finlandiyalı proqram təminatı mühəndisi. Linux kernelinin proqramlaşdırılmasını başlatmışdır. İndi o həmin layihənin koordinatoru kimi fəaliyyət göstərir.
Linux-u -- şəxsi kompyuterlərdə (PC) işləyən tam təşəkküllü Unix-vari əməliyyat sistemini -- proqramlaşdırmaq üçün Torvalds Minix-dən (Andrew S. Tanenbaum tərəfindən proqramlaşdırılan əməliyyat sistemi) ilham almışdır. Hal-hazırda Linux bir sıra digər arxitekturalarda da işləyir.