Linux
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Linux, çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən əməliyyat sistemidir.
Linux nüvəsinin (kernel) yaradıcısı, Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.
1991 ilində, C və Unix dərsləri aldığı vaxt özünə xüsusi kompüter (PC) aldı. Kompyuterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxtı bir Hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan MINIX əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.
Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Richard Stallmanın da əməyinin keçdiyini söyləyir, ona görə ki Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi.
Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin bir meyvəsidir.
Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.
Mündəricat |
[redaktə / تحریر] Distributivlər
[redaktə / تحریر] Lin.az
Azərbaycanın istehsalı olan bir distributivdir. Linux Mandrake 9.2-nin əsasında qurulmuşdur.
[redaktə / تحریر] Fedora Core
RedHat şirkəti RedHat 9 versiyasından sonra RedHat Linuxu iki versiyaya ayırdı. Pulsuz və Pullu. Pulsuz versiyası Fedore Core oldu.
Rəsmi saytı: www.fedoraproject.org
[redaktə / تحریر] Gentoo
[redaktə / تحریر] Madriva
[redaktə / تحریر] Ubuntu
İstifadəsi çox asan və rahat olan distributivdir. Çox yığcam və rahatdır.
Rəsmi saytı: http://www.ubuntu.com/
[redaktə / تحریر] KUbuntu
Ubuntu distributivinin KDE ilə olan analoqudur.
[redaktə / تحریر] SuSE
Linux SuSE. Almaniyada hazirlanan SuSE (Gesellschaft für Software und Systementwicklung mbh) bu gün ən dəstəklənən və ən mükəmməl distributivdir.
Rəsmi saytı: [1]
Bunlardan başqa da distributivlər vardır.