Antropologiya
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Yunan sözləri olan "ánthropos" ("insan") və "lógos" ("söz, elm") sözlərindən əmələ gələn düzəltmə sözdür. İngilis dilində "anthropology" kimi işlədilən "antropologiya" sözünü yalnız sözün axırına artırılan şəkilçi baxımından ("iya") rus sözü saymaq olar. Bu gün bu sözü istənilən digər bir formaya salmaqla biz ya fransız, ya ingilis, ya da digər bir dilin sözünü işlətmiş olarıq.
Antropologiya insan haqqında elmdir. Təbiət elmlərindəndir.insanın yaranması və inkişafı, insan irqlərinin yaranması və insanın fiziki quruluşunun normal dəyişmələri haqqında elmdir. Qərbdə bu elmə insanın təbii tarixindən əlavə, həmçinin etnoqrafiya və arxeologiyanı da aid edirlər. İnsanın əmələ gəlməsində ictimai amillər daha çox rol oynadığında antroplogiya humanitar elmlərədə sıx əlaqədardır. Antropologiya insanın morfologiyası, antropogenez və irqşünaslıq kimi əsas bölmələrdən ibarətdir.
Mündəricat |
[redaktə / تحریر] İnsan morfologiyası
İnsan morfologiyası somatologiyaya və merologiyaya bölünür.
[redaktə / تحریر] Somatologiya
Somatologiya insan orqanizmin fərdi dəyişkənliyinin qanuna uyğunluqlarını, rüşeym inkişafının ilk mərhələsindən qocalığa qədər insanın yaş xüsusiyyətlərini, müxtəlif bioloji və sosioloji amillərin insanın bədən qurluşuna təsiri, insanın konstitusiyasını öyrənir.
[redaktə / تحریر] Merologiya
Merologiya insan orqanizminin ayrı-ayrı hissələrinin dəyişkənliyini tədqiq edir. Nəticədə insanın başqa canlılarla qohumluq əlaqələrini və onun heyvanlar aləmində yeri müəyyən olunur.