Dağlıq Qarabağ
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Dağlıq Qarabağ, Azərbaycannın qərb hissəsində Ermənistan və İranla sərhəd bölgə, Ermənistan tərəfindən işğal olunub. Azərbaycanlıların və ermənilərin kompakt yaşadığı bölgədir.
Erməni dilli ədəbiyyatlarda adı Arsax kimi işlənir.
Bölgənin ərazisi 4,400 kv. km-dir, 1990-cı ildə əhalisi 192,000-ə çatmışdı. Bu əhali ermənilərdən (76%), azərbaycanlılardan (23%), kürdlərdən, ruslardan ibarət idi. Mərkəzi Xankəndi, başqa böyük şəhəri isə Şuşadır.
Keçmişdə Albaniya nın (Qafqaz Albaniyası) tərkibində idi. E.ə. 95-ci ildə Erməniyyə padşahı II Tiqran tərəfindən işğal olunmuşdu. E IV əsrinin əvvəlində albanlar Qarabağı geri qaytardılar və 387-ci ildə o yenidən Albaniyanın tərkibinə daxil oldu. VIII əsrdən bəri Albaniya öz ərazisində kiçikləşirdi və Qarabağda Xaçın knyazlığı mövcuddu.
XVII əsrin əvvəllərində İranın, XVIII əsrdə isə Qarabağ xanlığının tərkibində mövcud olmuşdur(məlikliklər). 1813-cü ildə Gülüstan Müqaviləsi ilə Dağlıq Qarabağ Rusiyaya keçdi. 1822-ci ildə Qarabağ da xanlıq ləğv olundu və rus höküməti oraya Türkiyədən və İrandan 1 milyondan çox erməni köçürdü. 1923-cü ildə SSRİ tərəfindən zorla Dağlıq Qarabağ Muxtar Vilayəti quruldu. 1989-cu ildə Azərbaycan Parlamentinin sərəncamıyla muxtariyyət ləğv olundu.
1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində bu bölgədə baş verən etnik toqquşmalar və Ermənistanın DQMV-ni özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb oldu. Ermənistan ordusu DQMV-ni və ona bitişik 6 rayonu işğal etdi. Atəşkəs sazişi 1994-cü ildə Bişkəkdə imzalandı. Dağlıq Qarabağda separatçı rejim 1991-ci ildə müstəqillik e`lan edib. Heç bir Beynəlxalq Qanuna uyğun gəlməyən bu "müstəqillik" indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.