Ermənistan
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
|
||||
National Motto: | ||||
![]() |
||||
Rəsmi dil | Erməni dili | |||
Paytaxt | İrəvan | |||
Prezident | Robert Koçaryan | |||
Ərazi - Ümumi - % Su |
139-cı yer 29,800 km² 4.7% |
|||
Əhali - Ümumi - Əhali sıxlığı |
133-ci yer 3,226,448 100/km² |
|||
Pul | Dram (AMD) | |||
Vaxt Zonası | UTC +4 | |||
Internet TLD | .am | |||
Telefon kodu | 374 |
Ermənistan (ermənicə: Հայաստան - Hayastan), Ermənistan Respublikası (ermənicə: Հայաստանի Հանրապետություն), Cənubi Qafqazda dövlət. Türkiyə, Gürcüstan, Azərbaycan və İran ilə həmsərhəddir. Paytaxtı İrəvan şəhəridir.
Mündəricat |
[redaktə / تحریر] Tarix
E. ə. IX-VI əsrlərdə Ermənistanın ərazisi Urartu dövlətinin tərkibində idi.
301 ildə ermənilər xristianlığı rəsmi din kimi qəbul etdilər (bax Erməni Həvari Kilsəsi). IV əsrdən başlayaraq Erməniyyənun bir hissəsi İranın, digəri isə Bizansın tərkibində idi. VII-XV əsrlərdə buraya dəfələrlə ərəb, Bizans, Səlcük Türk və Teymurləngin ordusu basqın etmişlər. XVI-XVIII əsrdə Ermənistanın ərazisi Türkiyə və İran arasında bölünmüşdü. 1740-cı illərdən bəri burada İrəvan xanlığı mövcud idi. Türkmənçay Müqaviləsi(Türkmənçay) ilə 1828-ci ildə İrəvan xanlığı Rusiyanın tərkibinə girdi. Çar höküməti ilə burada Erməni vilayəti adlı bir inzibati bölgə yaradıldı. 1849-cu ildə Erməni vilayəti İrəvan quberniyasına çevrildi. 1918-ci ilin may ayında milliyətçi "Daşnaqtsutyun" partiyası Ermənistan (Ararat) Respublikasının müstəgilliyini elan etdi. Bu arada Ermənistan Erməni-Türk, Erməni-Gürcü, Araz və Erməni-Azərbaycan müharibələrinə cəlb olunmuşdu. 1921-ci ildə sovet əsgərləri Ermənistana daxil olub, müstəqilliyi ləğv edib SSRİnin tərkibində Ermənistan Sovet Sosialist Respublikasını yaratdılar. 1922-1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil idi. 1988-ci ildə Azərbaycan-la Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu üstündə münaqişəyə cəlb olunmuşdu. Bu səbəbə görə 1988-1991-ci illərdə 200 minə yaxın azəri və 20 minə yaxın kürd ölkədən çıxarılmışdır. Münaqişə indiyədək davam edir. 1991-ci ildən Ermənistan Respublikası müstəqil ölkədir.
[redaktə / تحریر] Əhali
Ermənistan əhalisinin 98%-i ermənilər, qalanları ruslar, yunanlar, ukraynalılar və s. etnik qruplardır. Erməni Ortodoksluğu ən üstün dindir.
[redaktə / تحریر] İnzibati bölünüş
Ölkə 11 vilayətə (marza) bölünür: Araqatsotn(Aştarak), Ararat(Artaşat), Armavir(Armavir), Geğarkunik(Qavar), Kotayk(Razdan), Lori(Vanadzor), Şirak(Qyumri), Syunik(Kafan), Tavuş(İjevan), Vayotsdzor(Exeqnadzor), İrəvan.
[redaktə / تحریر] Ermənistan vilayətlərinin tarixi adları
[redaktə / تحریر] Şəhərlər
Əsil adı | Dəyişdirilmiş adı |
---|---|
İrəvan | Yerevan |
Sərdərabad | Oktemberyan |
Kəvəz | Kamo |
Gümrü | Leninakan |
Qarakilsə | Kirəvakan |
Cəlaloğlu | Stepanavan |
Hamamlı | Spitak |
Üçkilsə | Eçmiədzin |
[redaktə / تحریر] Rayonlar
Əsil adı | Dəyişdirilmiş adı |
---|---|
Basarkeçər | Vardenis |
Qəmərli | Artaşat |
Vedi | Ararat |
Hacı Nəzər | Kamo |
Molla Dursun | Şaumyan |
Karvansaray | İncivan |
Ağbaba | Amasiya |
Əllər | Abovyan |
Çəmbərək | Krasnosels |
Uluxanlı | Masis |
[redaktə / تحریر] Qəsəbələr
Əsil adı | Dəyişdirilmiş adı |
---|---|
Alagöz | Araqaş |
Arpaçay | Axuryan |
Ortakilsə | Mnasyan |
Göyçə | Maralik |
Abilkənd | Kalino |
Taliboğlu | Şuşakent |
Tovuzqala | Berd |
Allahverdi | Tumanyan |
[redaktə / تحریر] Şəkillər
[redaktə / تحریر] Xarici keçidlər
Müstəqil Dövlətlər Birliyi | ![]() |
Azərbaycan | Belarusiya | Ermənistan | Gürcüstan | Qazaxıstan | Qırğızıstan | Moldova | Özbəkistan | Rusiya | Tacikistan | Ukrayna | |
Müşahidəçilər: Türkmənistan |
Avrasiya İqtisadi Qrupu (EURASEC) | ![]() |
Belarusiya | Qazaxıstan | Qırğızıstan | Özbəkistan | Rusiya | Tacikistan | |