Yuri Vladimiroviç Andropov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Stavropol quberniyası,15 iyun 1914-Moskva,9 fevral 1984
1982-1984-cü illərdə Sov.İKP MK-nın baş katibi, 1983-1984-cü illərdə SSRİ Ali Sovetinin Rəyasət Heyyətinin sədri.
1914-cü il 15 iyunda Stavropol quberniyasında anadan olmuşdur.
Komsomol hərəkatlarının fəal iştirakçısı olmuş və 1939-cu ildə KP(b) partiyasına daxil olmuşdur. 1938-1940-cı illərdə vilayətdəki komsomol təşkilatlarına rəhbərlik etmişdir. Daha sonralar Karel-Fin SSR-in komsomol təşkilatlarının rəhbəri olmuşdur. Böyük vətən müharibəsindən sonra Karel-Fin SSR-in Kommunist partiyasının 2-ci katibi kimi fəaliyyət göstərmişdir.
1951-ci ildə Moskvaya MK aparatında işə dəvət olunur. Daha sonralar 1953-cü ildə Macarıstana SSRİ səfiri kimi göndərilir və məhz onun birbaşa iştirakı ilə buraya Sovet qoşunları daxil olur. Öz "funksiyasını" yerinə yetirdikdən sonra Moskvaya geri çağrılır və MK-da şöbə rəhbəri kimi fəaliyyət göstərir.
1961-ci ildə Sov.İKP-nin qurultayında o MK-nın üzvü seçilir, daha sonra isə MK-nın katibi kimi fəaliyyət göstərir. Lakin Dövlət Təhlükəsizlik Komitəsinə (КГБ) rəhbərlik etmək üçün bu postdan gedir. DTK-nın rəhbəri kimi Politbüroya üzv qəbul olunur. Öz fəaliyyətini o əsasən ölkə ərazisini bürümüş dissidentlərə qarşı çevirmişdi. 1976-cı il 10 sentyabrda ona "Ordu generalı" rütbəsi verilir.
L.Brejnevin vəfatından sonra Andropov 1982-ci ilin 24 mayında DTK-nın sədri postundan çıxır və yenidən MK-nın katibi seçilir. Daha sonralar 1982-ci ilin noyabrında partiya orqanlarından kifayət qədər dəstək alan Andropov MK-nın baş katibi seçilir(12 noyabr 1982). Daha sonralar SSRİ Ali Sovetinin Rəyasət Heyyətinin sədri seçilir.
Andropov SSRİ-yə çıx qısa müddətdə- 15 ay rəhbərlik edə bildi. Andopov yaxınlaşmaqda olan sosial-iqtisadi problemi çox gözəl duyurdu və onun qarşısını almaq üçün partiya orqanlarında və sənayedə intizami çox möhkəmlətmişdi. Andropovun 1984-cü il 9 fevralında vəfatı bu tədbirləri yarımçıq qoydu. Onu bu vəzifədə kommunistlərinin mühafizəkarlar qanadına məxsus Konstantin Ustinoviç Çernenko əvəz etdi.
Andropov yeganə Sovet rəhbəridir ki, ölümündən sonra onun siyasəti KİV-də mənfi siyasət kimi qiymətləndirilməmişdir, əksinə onun siyasətinə cəmiyyətdə digər liderlərdən daha rəğbətlə yanaşırdı.