Quldarlıq quruluşu
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Quldarlıq
İctimai-iqtisadi formasiya.
Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər.
Quldarlıq quruluşu ilk sinfi antoqonist formasiyadır.
Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik-fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya - Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı.