Jan Jak Russo
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Jan Jak Russo
(Jean-Jacques Rousseau)
(1712-1778)
Fransız filosofu, yazıçı, kompozitoru. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi, Ensiklopediyanın yaradıcılarından biri. 1789-1794 cü ildə Fransa Burjua inqilabı zamanı onun əsərləri Yakobinçilərin əsas ideya dayağı olmuşdur.
1712-ci il iyunun 28-də Cenevrə şəhərində anadan olmuşdur. Anası Russo anadan olduqdan 2-3 gün sonra vəfat etmişdir. Atası 10 yaşı olarkən Russonu əmisi Bernarın himayəsinə vermişdir. Kilsə təhsili almışdır. Sınaq müddətindən sonra oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərmiş və bu sənətə yiyələnmişdir.
1728-ci ildə ustanın yanından qaçmış və yeni tanış olmuş xanım Varansın himayəsi altında Turin seminariyasına qəbul olunmuşdur. Lakiç Russo buradanda qaçır. Bir neçə həftədən sonra xanım Veresilisin evində xidmətçi kimi işləyir. Sahibin plümündən sonra başqa evdə xidmətçi kimi işləməyə başlayır. Xidmətçi həyatını xoşlamayan Russo yenidən xanım Varansın yanına qayıdır. Xanım Varans onu dini təhsil almaq üçün seminariyaya qoyur.
Russonun musiqiyə olan həvəsi onun bu seminariyadanda qovulması ilə nəticələnir. Kilsə orqanisti onu şagird kimi yanına götürsədə bir ildən sonra Russo buradanda qaçır.
Bundan sonra adını dəyişir və fransız musiqiçisi kimi səyahətə başlayır. Lozannada öz kompozisiyalarından ibarət konsert təşkil etsədə bu rişxəndlə qarşılanır, Russonu ələ salırlar. Daha sonra Nevşateledə yaşamağa və bir neçə şagirdə dərs deməyə başlayır.
1742-ci ildə Parisə qayıdır və "mühacirətdə" olduğu müddətdə yazdığı dram əsərlərini və şerlərini nümayiş etdirmək niyyətinə düşür. O, həmçinin yeni not sistemini kəşf etdiyini elan edir lakin yeni not sistemi heç kimi maraqlandırmadı, pyeslərini isə heç bir teatr nümayiş etdirmək istəmədi.
Pulunun qurtardığı bir vaxtda rəhmdil iezuit onu məşhur xanımların evinə salır, Russo öz şerlərini xanımlar üçün oxuyur. Beləliklə o, məşhur musiqiçi, yazıçı, elm xadimləri ilə həmçinin gələcəkdə Ensiklopediyanı Russo ilə (həmçinin Dalamber ilə) yaradacaq gənc Didro ilə tanış olur.
1743-cü ildə Russo Fransanın Venesiyadakı səfirin katibi kimi fəaliyyət göstərir. Cəmi bir il fəaliyyət göstərən Russo Parisə qayıdır. Bu zamandan başlayaraq onda aristokratlara qarşı nifrət artır.
1750-ci ilə Dijon akademiyası Russonu "Elm və Mədəniyyət haqqında mühakimələr" (Discours sur les arts et les sciences) əsərinə görə təltif edir. Bu əsərində Russo bir neçə radikal fikirlə çıxış etmişdir.
Öz prinsipləri əsasında yaşamağı üstün tutan Russo ona təklif edilən vəzifələrdən və əksər bahalı hədiyyələrdən imtina edir.
Onun Kənd Cadugəri (Le Devin du village) adlı komik operası Fontenbloda tamaşaya qoyulur. Bu tamaşaya baxanlar arasında Fransa kralı da olur. Növbəti gün Russo təyin edilmiş audensiyaya getmədi - bu onun həbs olunması demək olardı.