Sovet Sosialist Respublikaları İttifaqı
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
|
|||||
Milli Deviz: «Пролетарии всех стран, соединяйтесь!» «Bütün ölkələrin proletarları, birləşin!» |
|||||
Rəsmi dil | yox idi, Rus dili İnteqrasiyaedici dil funksiyası daşıyırdı. | ||||
Paytaxt | Moskva | ||||
Qurucusu | Vladimir İliç Lenin | ||||
Son rəhbəri | Mixail Serqeyeviç Qorbaçov | ||||
Ərazi - Ümumi - % Su |
1-cı yer 22 402 200 km² 0.5% |
||||
Əhali (1989) - Ümumi - Əhali sıxlığı |
3-cü yer 293 047 571 13,08 /km² |
||||
İdarə forması | İttifaq ölkələr |
||||
Pul | Sovet Rublu | ||||
Vaxt Zonası | UTC +2 - +12 | ||||
Internet TLD | .su | ||||
Telefon kodu | 7 |
SSRI, (Rusca: СССР (Союз Советских Социалистических Республик)) - 1922-1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixi ərzində ilk sosialist dövlət olmuşdur. Rus İmperiyasının varisi.
Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür—22 402 min kv. km. Əhalisinin sayına görə isə dünyada III yerdə olmuşdur.(1989, 1 yanvar-293 mln)
Ən şimal nöqtə- Çelyuskin burnu (77 43`)
Ən cənub nöqtəsi- Kuşka şəhəri yaxınlığındakı Çilduxtər aulu (35 08`)
Ən qərb nöqtəsi- Qdansk yaxınlığında qumlu dil (19 38`)
Ən şərq nöqtəsi- Berinq boğazında
SSRİ-nin ərazisinin əsas hissəsini RSFSR təşkil etmişdir. SSRİ yaradılarkən onun əsasında 4 qurum olmuşdur-RSFSR, Belarusiya SSR, Ukrayna SSR və tərikibində 3 (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) dövləti birləşdirmiş Zaqafqaziya SFSR. 1936-ci ilədək SSRİ-nin tərkibinə artıq Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR birləşmişdi. Həmiçinin 1936 ci il islahatlarının nəticəsi olaraq ZSFSR parçalandı. Beləliklə SSRİ 11 alt-dövlətdən ibarət oldu.
II Dünya Müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva SSR-i, Moldova SSR-i, Estoniya SSR-i və Latviya SSR-i qatdı. Beləliklə SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirdi. Həmçinin Almaniyanın 1/4 hissəsi də ona nəsib oldu.
Mündəricat |
[redaktə / تحریر] Tarixi
[redaktə / تحریر] Sovetlərin qurulması
XX əsrin əvvəllərində Rusiyada kapitalizmin inkişafı sürətlənmişdi. Lakin 1900-1903-cü illər Dünya İqtisadi böhranı bütün kapitalist ölkələr kimi Rusiyadanda yan keçmədi. İctimai siyasi proseslər dərinləşməyə başladı, ilk sosial partiyalar yaranmağa başladı. Sonralar Rusiyanın tarixində əhəmiyyətli rol oynamış Sosialist-inqilabçılar (Eser) partiyası 1902-ci ildə yarandı. Həmçinin 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə partiyası (RSDFP) yaradıldı.
I dünya müharibəsi bir çox dövlətlərin zəifləməsi ilə nəticələndi- həmçinin Rusiya İmperiyasının. Nəticədə Rusiya daxilində olan ziddiyyətlər daha da qabardı. Bütün bu proseslərin nəticəsi kimi Rusiyada 1917-ci ilin fevralında İnqilab nəticəsində 1613-cü ildən hakimiyyətdə olan Romanovlar sülaləsi taxtdan məhrum edildi( 1917-ci il martın 2-si ).
Hakimiyyət Müvəqqəti hökumətə (Eser-menşeviklərə) keçdi. Lakin Bolşeviklər bu cür “hakimiyyət bölgüsündən” razı qalmadılar. 25 oktyabrda baş vermiş inqilab nəticəsində Müvəqqəti Hökümət hakimiyyətdən getdi. Nəticədə hakimiyyət V.İ.Lenin başda olmaqla Komunistlərin əlinə keçdi.
Hakimiyyətə gəlmiş Bolşeviklər ilk addım olaraq özlərinə “hərbi arxa” yaratmağa başladılar. Nəticədə təcili olaraq Qırmızı Ordunun quruculuğu başlandı, proletar milisi, hərbi-inqilabi tribunallar, əksinqilabi mübarizə üçün fövqəladə komissiya yaradıldı. Bolşeviklər öz ideolji təbliğatını daha da genişləndirmək üçün yalnız öz mətbuat qurumlarına işləməyə icazə verdi.
1918-ci il yanvarın 5-də Rusiyada Müəssələr Məclisinə seçkilər keçirildi, seçki nəticələri heç də bolşeviklərin xeyrinə olmadığında Müəssələr Məclisinin fəaliyyətinin ilk günündəcə qovuldu. III Sovetlər qurultayı təcili olaraq Rusiya Federativ Sosialist Respublikası elan etdi. Tezliklə 1918-ci iyununda ilk Sovet Konstitutsiyası qəbul edildi.
Tezliklə ölkədə vətəndaş müharibəsi başlandı. Qırmızılara qarşı Ağlar formalaşdılar. Şərqdə Admiral Kolçak Ağlara rəhbərlik etməyə başladı. O hətta “Rusiyanın Ali hökmdarı” elan edildi. Şimalda əks-inqilabi qüvvələrə Miller, cənubda isə general Denikin rəhbərlik edirdi. Lakin bu muharibə tezliklə daxili muharibə kimi qalmayıb xaricdən hərbi müdaxiləyə məruz qaldı. ingilislərlə fransızlar Cənubi Qafqaza, Arxangelskə və Odessaya, almanlar Ukraynaya və Gürcüstana ordu yeritdilər. Lakin tezliklə Qırmızı Ordu üstünlüyü əlinə aldı və ardıcıl olaraq Kolçakı, Denikeni, Vrangeli məğlub etdi. Sovetlərin ardıcıl qələbələri xarici qoşunların tezliklə öz ilkin mövqelərinə qayıtmağa məcbur etdi.
[redaktə / تحریر] SSRİ II Dünya müharibəsindən əvvəlki dövrdə, 5-illik planlar
1920-ci ilin əvvəllərindən, əsasən V.İ.Lenin ölümündən sonra ölkə rəhbərliyində hakimiyyət uğrunda ciddi siyasi mübarizə başladı. Stalin tərəfindən təkəlli idarə üçün tətbiq olunmuş avtoritar idarə metodu möhkəmləndi.
Stalin və digər rəhbərlər SSRİ-nin digər Avropa ölkələrindən iqtisadi cəhətcə çox geri qaldığını çox gözəl başa düşürdülər.
XX əsrin 20-ci illərinin ortalarından başlayaraq Yeni İqtisadi Siyasət (YİS) tətbiq olunmağa başladı. Onun ardınca sənayeləşmə və kollektivləşmə kimi tədbirlər görüldü. 1928-1932-ci illərdə ilk beşillik plan qəbul olundu.
1932-1933-cü illərdə ölkədə kütləvi aclıq baş verdi.
Kommunist partiyası ölkənin bütün idarəetmə strukturlarını özünə tabe etməyə müvəffəq oldu. Ölkədə çox güclü mərkəzləşmiş, hərbi-totalitar bir rejim yaradıldı.
1934-cü ildən başlayaraq ölkədəki kütləvi represiyalar cəmiyyətin əksər təbəqələrindən yan keçmədi. Ölkədə QULAQ sistemi bütün gücü ilə fəaliyyət göstərirdi.
[redaktə / تحریر] SSRİ II Dünya müharibəsi illərində
XX əsrin 20-30-cu illərində yaranmış Beynəlxalq münasibətlər yeni bir dünya müharibəsini qaçılmaz etdi. Almaniya, İtaliya və Yaponiya dünyanın "qeyri-bərabər" nüfuz dairələrinə bölünməsi ilə razı deyildilər. SSRİ öz nüfuz dairəsini Avropaya doğru genişləndirmək istəyir-dünyanın nüfuz dairələrinə bölünməsi onu da tam razı etmirdi. Buna görədə 1939-cu ilin martında Fransa, İngiltərə və SSRİ arasında başlanan danışıq uğursuz oldu. SSRİ kimi müttəfiqin olmasını arzulayan Almaniya 1939-cu il avqustun 23-də (Müharibənin başlanmasından 8 gün əvvəl) "Molotov-Ribbentrop paktı" imzaladılar. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürüdülər. Müqavilənin məxfi hissəsində isə Polşanın və digər Şərqi Avropa ölkələrinin bölüşdürülməsinə dair saziş var idi.
Beləliklə 1939-cu il sentyabrın 1-i müharibə başladı. "23 avqust" sazişinə əsasən SSRİ həmçinin Polşaya şərqdən hücum etdi. Polşa zəbt edildi və bölüşdürüldü.
SSRİ-nin hərbi gücünə bələd olduqdan sonra Almaniya SSRİ torpaqlarını tutmaq qərarına gəldi. Almanlar bunun üçün yeni plan “Barbarossa”adlı “İldirim sürətli” plan hazırladılar. Həmin plan SSRİ-ni çox sürətlə işğalına imkan verəcəkdi. Bu planın yerinə yetirilməsində Yaponiyanın Şərqdən hücumu vacib idi. Almaniya ilə Yaponiya arasında 70-ci meridian sərhəd kimi şərtləşdirilmişdi.
SSRİ-nin Yaponiyadaki məxfi agenti Rixard Zorge (Bakıda anadan olmuşdur) Almaniya və Yaponiyanın SSRİ-yə hücum vaxtını mərkəzə xəbər versədə, Stalin Hitlerdən belə tez hücum gözləmirdi.
1941-ci il iyun ayının 22-də gecə saat 4-də ( R.Zorgenin dediyi vaxtda) Almaniya qəfildən SSRİ-yə hücum etdi. SSRİ tarixində “Böyük Vətən Müharibəsi” kimi daxil olmuş müharibə başladı.
Sovetlər ABŞ və İngiltərə ilə danışığa başladı. 1941-ci il iyulun 12-də əməkdaşlıq haqqında İngiltərə ilə müqavilə imzalandı. SSRİ silaha ehtiyacı olduğu üçün oktyabrın 1-də ABŞ, İngiltərə və SSRİ arasında silah verilməsi nəzərdə tutulan saziş imzalandı. Daha sonra ABŞın "LendLiz" haqqında qanunu SSRİ-yə şamil edildi.
Stalinin hakimiyyəti illərində SSRİ-də təcrübəli hərbi kadrların böyük hissəsi “Stalinə sədaqətsiz” olduqlar üçün məhv edilmişdilər. Bu da müharibənin ilk aylarında kəskin şəkildə özünü göstərdi.
Almanlar çox tez zamanda- ilk həftədə Smolenski tutdular. Sentyabr ayında Kiyev almanların əlinə keçdi, Leninqrad mühasirəyə alındı və noyabrda Moskvaya hücum başladı. Moskva ətrafında dekabrın 5-6 da baş verən Moskva döyüşündə almanlar məğlub oldular. Moskva döyüşündə almanların məğlub olması əsaslı dönüşün başlanması kimi qəbul edilməlidir. Məhz həmin döyüşdən sonra almanların "məğlubedilməzliyi" haqqında mif yox edildi. "Barbarossa" planı səmərəsiz çıxdı. almanlar çox qısa zamanda uzun məsafəyə geri atıldı.
Müharibə dövründə İran özünü birtərəf elan etsədə bu ölkədə Alman kəşfiyyatı çox güclü idi. İran-SSRİ arasında kı, əvvəlki müqavilələrə əsasən (Həmin müqavilələrdə bir dövlətin ərazisinin zəbt edilməsi təhlükəsi yarandığı zaman o, digəri dövlətin ərazisinə qoşun yeridə bilməsi nəzərdə tutulurdu) 1941-ci il avqust ayında Sovet ordusu İran ərazisinə (Cənubi Azərbaycana) daxil oldu.
1942-ci ilin iyununda Sakit okeanda yaponlar ağır məğlubiyyətə uğradılar. Oktyabrda İngiltərə ordusunun komandan B. Montqomerinin başçılığı ilə Misirdə, noyabrda isə amerikalılar D.Eyzenhauerin başçılığı ilə Mərakeşdə Faşistləri məğlub etdi.
Almanlar bu dövrdə SSRİ-nin daxilində doğru irəliləməkdə idilər. Kerç müdafiəsi yarıldı, Sevastopol, Xarkov almanlar tərəfindən tutuldu. Stalinqrad və Qafqaz təhlükəyə düşdü. 1942-ci il noyabrın 19-da başlanan əks-hücum almanları mühasirəyə saldı. Stalinqradda Sovetlər qalib gəldi. Qafqazdan əks-hücum başladı. Strateji üstünlük Sovetlərin əlinə keçdi.
1943-cü ilin iyul-avqust aylarında baş vermiş Kursk döyüşü tarixə tank və texnika döyüşü kimi düşdü. Burada hər iki tərəfdən külli miqdarda tank və ağır zirehli hərbi maşınlar toplanmışdı. Sovetlər yenə qalib gəldi.
1943-cü ilin noyabrın 28-də Tehranda SSRİ səfirliyində tarixə "Tehran konfransı" kimi daxil olmuş konfrans başladı. Konfransda əsasən 3 dövlətin başçısı U.Çörçill (İngiltərə), İ.Stalin (SSRİ) və F. Ruzvelt (ABŞ) ilk dəfə görüşüdülər. Əsas müzakirə mövzusu sonrakı əməkdaşlıq və II cəbhənin açılması idi. Çörçill Sovetlərin Balkanları işğal etməməsi üçün II cəbhənin buradan açılmasına çalışırdı. Lakin Stalinə isə Şimali-Fransadan cəbhənin açılması lazım idi. Stalin Almaniyanı məğlub etdikdən sonra Yaponiya ilə müharibədə ABŞa kömək edəcəyini Ruzveltə söz verdi. Beləliklə Ruzvelt Stalini dəstəklədi. Bu Stalinin Çörçill və Britaniya İmperiyasına vurduğu ağır zərbə oldu.
Tehran konfransında həmçinin İranın ərazi bütövlüyünün qorunub saxlanılmasına dair sazişdə imzalandı.
1944-cü ilin yanvar-fevral aylarında SSRİ Leninqrad altından və Ukraynadan əks-hücuma başladı. Tezliklə Finlandiya SSRİ-yə təslim oldu və ərazisinin bir hissəsini SSRİ-yə verməli oldu.
İyunun 6-da Normandiyada II cəbhə nəhayət ki, açıldı və Sovetlər G.Jukovun rəhbərliyi ilə "Baqration əməliyyatı"na başladılar. "Baqration əməliyyatı" nəticəsində SSRİ öz ərazisindən Almaniyanı qovub çıxara bildi.
1944-cü ilin avqustunda Fransa almanlardan təmizləndi. Yaponiya bir neçə adasını itirdi.
1945-ci il fevralın 4-də "Böyük üçlük"- Stalini, Çörçill, F.Ruzvelt Yaltada görüşdülər. Onlar Almaniyanın qeyri-şərtsiz təslim edilməsi haqqında qərar qəbul etdilər. Stalin Şərqə əlavə ərazi iddisı ilə çıxış etdi. Bu ərazilər içərisində vaxtı ilə Rusiya İmperiyasının Yaponlarla müharibədə uduzduğu Port-Arturda var idi.
1944-cü il dekabrında almanlar son əks-hücuma keçdilər. Lakin Sovetlərin başladığı "Visla-Oder" əməliyyatı Almanları geri oturtdu.
1945-ci il aprel ayının 16-da Sovet marşalı G.Jukovun rəhbərliyi ilə "Berlin" əməliyyatı başladı və aprelin 30-da Reyxstaq üzərində SSRİ-nin bayrağı dalğalanmağa başladı.
Mussolini partizanlar tərəfindən edam edildi, Hitler isə ələ keçməmək üçün özünü güllələdi.
Mayın 8-9-na keçən gecə alman hökuməti adından feldmarşal V.Keytel təslim olma haqqında müqavilə imzaladı.
[redaktə / تحریر] SSRİ II Dünya müharibəsindən sonra
II Dünya müharibəsi qurtardıqdan sonra SSRİ müharibədən 27 milyonluq insan və çoxlu miqdara təbii sərvət itkisi ilə çıxdı. Lakin SSRİ müharibədən qalib və qat-qat güclü hərbi-iqtisadi potensialla çıxmağı başardı. Müharibədən sonrakı dövrdə dünyada supergüc kimi tanınmağa başladı.
[redaktə / تحریر] Soyuq müharibənin başlanması
1945-ci ilin iyununda "Böyük üçlük" yenədə görüşdü-Potsdam konfransında. Lakin Franklin Ruzvelt vəfat etdiyindən onu H. Trumen, Çörçilli isə K. Ettli əvəz etmişdi. Burada Almaniyanın sonrakı taleyi həll edildi- 4 işğal zonasına bölündü. SSRİ-nin payına şərik çıxmaq üçün ingilis və amerkalılar Fransanı da müttəfiqlərin sırasına qatdılar. Almaniyadan alınacaq təzminat 20 milyard dəyərində müəyyənləşdirildi. Bu təzminatın 10 milyardı SSRİ-yə çatmalı idi.
Müharibədən sonra ABŞa səfər edən U.Çörçill orada çıxış etdi. Tarixçilər məhz həmin çıxışı-Çörçillin kommunizmə qarşı birgə mübarizəyə çağırmasını Soyuq müharibənin başlanması hesab edirlər. ABŞ-ın qəbul etdiyi “Marşall planı” və “Trumen doktorinası” müharibəni “rəsmiləşdirdi”.
Müharibədən sonra iqtisadiyyatı dinc məqsədlər üçün istiqamətləndirmək məcburiyyəti yaranmışdır. Yaranmış işçi qüvvəsi qıtlığını məhbusların, əsirlərin və sürgün olanlanların əməyi ilə əvəz edildi.
1947-ci ildə pul islahatı keçirildi. Ölkəni yeni represiya dalğası bürüdü. 1953 –ci ildə Stalin vəfat etdi. Onun əvəzinə hakimiyyətə G. Malenkov və L.Beriya gəldi. Lakin 1953-ci ilin yayında L.Beriya tutuldu və güllələndi. 1955-ci ildə G.Malenkov rəhbərlikdən uzaqlaşdırıldı. 1957-ci ildə G.K.Jukov MK Rəyasət heyyətinin üzvü və müdafiə naziri vəzifəsindən uzaqlaşdırıdılar. Hakimiyyətə N.Xruşşov gəldi. 1958-ci ildə o, hakimiyyətə tam sahib oldu. Onun dövründə “Şəxsiyyətə pərəstiş”(Stalinə) tənqid olundu. Minlərlə represiyaya məruz qalmış insanlar bəraət qazandı. 1964-cü ilin oktyabrında Xruşşov tutduğu vəzifədən azad edildi. L.İ.Brejnev Sovet İKP MK birinci katibi A.N.Kosigin isə SSRİ Nazirlər sovetinin sədri seçildi. 1961-ci ildə Kommunist partiyasının XXII qurultayında 20 il müddətində ölkədə kommunist cəmiyyəti qurma proqramı qəbul olundu.
Xruşşov və Brejnevin dövründə keçirilən iqtisadi islahatlar ölkəni iqtisadi cəhətdən dirçəltdi. Əkin sahələri artırıldı. Buna baxmayaraq 1963-1965-ci illərdə ölkədə taxıl çatışmamazlığı yarandı.
[redaktə / تحریر] SSRİ “Yenidənqurmada"
1982-ci ildə L.Brejnev vəfat etdi. Yeni rəhbər DTK (КГБ)-nin keçmiş rəhbəri Y.V.Andropov (1982-1984) daha sonra isə K.İ.Çernenko (1984-1988) idarə etdi. Hər iki Sovet rəhbəri səhhəti ucbatından vəfat etdi. 1985-ci ildə M.S.Qorbaçov Sov.İKP MK-nın birinci katibi seçildi-hakimiyyətə gəldi. Qorbaçov 1985-ci ilin aprelində MK-nın pleminumunda sosial iqtisadi inkişafını artırmaq üçün sürətləndirmə xətti irəli sürüldü. 1987-ci ildə ictimai qurluşu-sosializmi yenidən qurmaq vəzifəsi irəli sürüldü. Buna əsasən:
- Demokratik sosializmi qurmaq
- “Lenin normalarına” qayıtmaq
1990-ci ildə SSRİ-də prezident vəzifəsi təsis olunurdu. M.S.Qorbaçov SSRİ-ni birinci (həmçinin sonuncu) prezidenti oldu. [İosif Stalin| Stalin]] yenidən tənqid olundu. Xruşşov dövründə “bərəatsiz qalmışlar” bərəat qazandılar.
[redaktə / تحریر] "Böyük Dağılma"
1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan “Ulduz Müharibəsi” adlı kosmosda raketdən müdafiə planını həyata keçirtməyə başladı. SSRİ həmçinin öz hərbi xərclərini artırdı, lakin zəifləməkdə olan iqtisadiyyat buna dözmədi. İqtisadi geriliyi aradan qaldırmaq üçün Qorbaçov “ Sürətləndirmə”, “Aşkarlıq” kimi şüarlar irəli sürdü.
“Aşkarlıq” bir çox zidiyyətləri üzə çıxartdı. Regionlarda azadlıq hərəkatları Sovetlərin vəziyyətini gərginləşdirdi. Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar vilayətində Ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı “Böyük dağılmanın” başlanğıcı oldu. 1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında istəklərini bildirdilər.
İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda B.Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet rejimini qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun “səhhəti ağır olduğu üçün” onun səlahiyyətləri Genadiy Yanayevə verildi. Yanayev Moskva şəhərinə hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. “Avqust qiyamı” puç oldu. Bu hadisədən sonra Kommunist partiyasının fəaliyyəti dayandırıldı.
1991-ci il dekabrın 8-də SSRİ-nin təşkil etmiş-Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Qorbaçov istefa verdi-SSRİ DAĞILDI. Beləliklə SSRİ 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuşdur.
[redaktə / تحریر] SSRİ Rəhbərləri
- Vladimir İliç Lenin
- İosif Stalin
- Nikita Serqeyeviç Xruşşov
- Leonid İliç Brejnev
- Yuri Vladimiroviç Andropov
- Konstantin Ustinoviç Çernenko
- Mixail Serqeyeviç Qorbaçov
[redaktə / تحریر] Bayramlar
Tarix | Azərbaycanca adı | Rəsmi adı | |
---|---|---|---|
1 Yanvar | Yeni il | Новый год | |
23 Fevral | Ordu günü | День Советской Армии и Военно-морского флота | |
8 Mart | Beynəlxalq Qadınlar günü | Международный женский день | |
12 Aprel | Kosmonavtika günü | День космонавтики | |
1 May | Bir May-Dünya zəhmətkeşlərinin həmrəyliyi günü | Первое Мая - День международной солидарности трудящихся | |
9 May | Qələbə günü | День Победы | |
7 Oktyabr | Konstitusiya günü | День Конституции СССР | |
7 Noyabr | Böyük Oktyabr Sosialist İnqilabı günü | Годовщина Великой Октябрьской социалистической революции |
[redaktə / تحریر] Xarici keçidlər
- СССР-титульный лист
- The USSR in 1991: The Implosion of a Superpower.
- History
- Sovet erası haqqında
- Sovetlər İttifaqından şəkillər
Sovet Respublikaları | |
Rusiya SFSR - Azərbaycan SSR - Belarusiya SSR - Ermənistan SSR - Estoniya SSR - Gürcüstan SSR - Latviya SSR - Litva SSR - Moldova SSR - Özbəkistan SSR - Qazaxıstan SSR - Qırğızıstan SSR - Tacikistan SSR - Türkmənistan SSR - Ukrayna SSR |